“Qarabağ”ın “Linfild”ə səfərdə uduzmasından xəbərdaram. Məğlubiyyətə baxmayaraq, Azərbaycan klubunun Avropa Liqasının qrup mərhələsinə düşmək şansı böyükdür”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Türkiyə I liqasında mübarizə aparan “Fatih Karagümrük”ün forvardı İnnosent Emeqara deyib.
Nigeriya əsilli isveçrəli futbolçunun fikrincə, Ağdam klubu Şimali İrlandiya təmsilçisindən güclüdür və bu səbəbdən də qrupa vəsiqə qazanacaq: “Şimali İrlandiyadakı məğlubiyyətə baxmayaraq, “Qarabağ”ın qrupa yüksəlmək şansı 90 faizdir. Onlar Bakıda istədikləri nəticəni əldə edəcəklər. “Qarabağ” “Linfild”dən yaxşı komandadır”.

