"Qarabağ"ın "Linfild"lə oyununu izləyə bilmədim. Amma məncə, səfərdə qeydə alınan 3:2 hesabını fiasko adlandırmaq olmaz".
Bu sözləri Sportinfo.az saytına açıqlamasında Ağdam klubunun keçmiş müdafiəçisi Yakub Jezniçak deyib.
33 yaşlı polşalı futbolçu sabiq klubunun Avroliqanın qrup mərhələsinə vəsiqə qazanacığına inandığını da deyib:
"Səfərdə 3:2 pis hesab deyil. "Qarabağ"ın qrupa düşəcəyinə şübhə eləmirəm. Amma məsələ bundadır ki, qrupa vəsiqə qazansalar, komandaya mütləq mərkəz müdafiəçisi lazım olacaq. İstədikləri vaxt "Qarabağ" qayıda bilərəm. Hər halda Qurban Qurbanov nəyə ehtiyacı olduğunu yaxşı anlayır".
Jezniçak 2017-2019-cu illərdə "köhlən atlar"ın formasını 25 oyun geyinib, 1 qol vurub. Hazırda Polşa "Visla"sında çıxış edir. Plosk klubu 5 turdan sonra keçirdiyi 4 oyuna yalnız 1 xal qazanıb, sonuncu pillədə qərarlaşıb.

