"Qarabağ"ı keçmək çətin olacaq" - veteran futbolçu

23 Avqust 2019 15:25 Avropa Liqası 876
"Qarabağ"ı keçmək çətin olacaq" - veteran futbolçu

"Hər hansı klubumuzun avrokuboklarda qrupa düşməsi onun üçün böyük nailiyyət olar".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Linfild"in sabiq yarımmüdafiəçisi Li Doerti "belfasttelegraph" nəşrinə açıqlamasında deyib. 1981-1994-cü illərdə bu komandanın formasını geyinmiş veteran futbolçu Belfast təmsilçisinin avrokuboklardakı çıxışını dəyərləndirib:

"Komanda beynəlxalq arenada böyük uğurlar qazanıb. Bizim kimi ölkələr üçün müasir futbolda zirvə qrup mərhələsidir. İstənilən avrokubok oyunu çətindir. Çünki həmin matçlar bizdə mövsümün ortasına - fasilə dövrünə düşür. Devid Hili və komandasına bura qədər etdikləri üçün "sağ ol" deyilməlidir. "Linfild"in bu mövsüm bir neçə oyununu izləmişəm və yaxşı mənada təəccüblənmişəm. Yeni futbolçular - Bastien Heri və Şeyn Laveri komandaya güc və keyfiyyət qata biliblər".

Doerti "Linfild"in Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirəcəyi cavab oyununa da toxunub: "Qarabağ" kimi komandaların Avropa təcrübəsi olduğundan bizimkilər çətinliklə üzləşirlər. Şimali İrlandiya klubu qrupa düşsə, ölkə futbolu üçün fantastik hadisə olar. Düzdür, "Qarabağ"ı keçmək çətin olacaq. Amma məsələnin maddi tərəfi həlledici rol oynaya bilər. "Linfild" büdcəsini zənginləşdirmək imkanına sahibdir".

Xatırladaq ki, ilk oyunda "Linfild"ə 2:3 hesabı ilə uduzan "Qarabağ" avqustun 29-da rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti