"Qarabağ"ı gözümüzdə çox böyütmüşdük" - "Linfild"in müdafiəçisi

23 Avqust 2019 11:55 Avropa Liqası 781
"Qarabağ"ı gözümüzdə çox böyütmüşdük" - "Linfild"in müdafiəçisi

"Linfild"in müdafiəçisi Kris Keysment Avropa Liqasının pley-off mərhələsində evdə "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun rəsmi saytına müsahibə verib. Sportinfo.az xəbər verir ki, 31 yaşlı futbolçu əvvəlcə qələbəni şərh edib.

- Qalib gəldiyimiz üçün çox sevincliyik. Əla oyun göstərdik. Oyun planına sadiq qaldıq. Buraxdığımız ilk qol bizi qəzəbləndirsə də, fasiləyədək hesabı xeyirimizə dəyişməyimiz komandanı ümidləndirdi. 3:2 hesablı qələbə yaxşı nəticəyə ümid verir. Azərbaycana yaxşı əhval-ruhiyyə ilə gedəcəyik. Orada da mübarizə aparmalıyıq.

- Bunu mövsümün ən vacib matçı saymaq olar?

- Sözsüz ki, belədir. Avroliqada qrup mərhələsinin bir addımlığındayıq. Bu, cavab oyunu öncəsi bizim üçün yaxşı nəticədir. Əlimizə düşən ilk şansdan istifadə etdik. Amma hələ heç nə məlum deyil. "Qarabağ"ın necə güclü komanda olduğunu yaxşı bilirik.

- Sizcə, nəyin sayəsində qələbə qazanmaq mümkün oldu?

- Hətta buraxılan ilk qoldan sonra da azarkeşlərin çılğın dəstəyini hiss etdik. Onlar bizi irəli getməyə məcbur edirdi. Başa düşürdük ki, başqa şansımız yoxdur. Mənə elə gəlir ki, biz "Qarabağ"ı gözümüzdə bir qədər böyütmüşdük və oyunun əvvəlində rəqibdən çəkinirdik. Xoşbəxtlikdən panikaya düşmədik.

- Cavab matçından nə gözləyirsiniz?

- Sonadək vuruşmaq lazımdır. Belədə nəticə özü gələcək. Qarşıda daha bir 90 dəqiqə var. Sübut etməliyik ki, Avroliqanın qrupunda oynamağa layiqik. Futbol qəribə oyundur. Səni autsayder sayırlar, yarım saatdan sonra isə meydanda hər şey dəyişə bilir. İnanılmaz nəticəyə imza atdıq. Bakıya əla əhval-ruhiyyə ilə gedəcəyik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti