Qurban Qurbanov nikbindir: "Futbolda nadir hallarda belə şeylər olur, böyük şansımız var”

23 Avqust 2019 01:58 Avropa Liqası 870
Qurban Qurbanov nikbindir: "Futbolda nadir hallarda belə şeylər olur, böyük şansımız var”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Şimali İrlandiyada “Linfild”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:3 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

"Futbolda nadir hallarda belə şeylər olur. Çoxsaylı qol imkanlarımız oldu və bunlardan yararlana bilmədik, rəqib isə qol epizodlarından yox, standard vəziyyətlərdən qollarını vurdu.

Bu, futboldu, bunlara da hazır olmalıyıq. Cavab matçında böyük şansımız var. Bakıda qələbə qazanmağa çalışacağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti