“Qarabağ”dan QARA GECƏ - VİDEO

23 Avqust 2019 01:03 Avropa Liqası 740
“Qarabağ”dan QARA GECƏ - VİDEO

“Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə “Linfild”in qonağı olub.

Şimali İrlandiyanın paytaxtı Belfastdakı “Vindzor Park” stadionundan keçiriləcək görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Cütün cavab görüşü avqustun 29-u, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

“Linfild” – “Qarabağ” 3:2

Qollar: Mark Stefford, 40, Şeyn Leveri, 45, 75 - Faysal Rerras, 16, Maqaye Qeye, 90+2 (pen.)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti