"Qarabağ"ı udsaq, büdcəni zənginləşdirəcəyik"

22 Avqust 2019 20:00 Avropa Liqası 772
"Qarabağ"ı udsaq, büdcəni zənginləşdirəcəyik"

"Linfild" Avropa Liqasında qrupa düşsə, bu, Şimali İrlandiyanın klub futbolu üçün böyük uğur olacaq".

Sportinfo.az xəbər verir ki, bunu "Linfild"in əfsanəvi futbolçusu Li Doherti deyib.

Şimali İrlandiya çempionu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün "Qarabağ"la üz-üzə gələcək.

1981-1994-cü illərdə bu komandanın formasını geyinmiş və 20 kubok əldə etmiş 56 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında "Linfild"in "Qarabağ" önündə şanslarını dəyərləndirib:

"Komandalarımız avrokuboklarda uğurlu çıxışa nail olublar. Ancaq müasir futbolda qrup mərhələsinə yüksəlmək zirvədi.

Avrokubok matçları çox sərt olur. Devid Hili və yetirmələri bu günə qədər qazandıqlarına görə, alqışlanacaqlar.

Ümumiyyətlə, klublarımızın avrokuboklardakı uğurlu çıxışı çox önəmlidir. "Linfild"in cari mövsümdəki çıxışı məni çox təsirləndirdi. Yeni transferləri komandaya əlavə güc gətirdi.

Ancaq budəfəki rəqibin böyük Avropa təcrübəsi var. Buna görə də, "Linfild"i ciddi sınaq gözləyir. Çox çətin olacaq. Mərhələ adlamaq həm də büdcəni zənginləşdirmək mənasına gələcək".

Belfastda keçiriləcək oyun Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti