“Dandolk"un məşqçisi Ruaidri Higgins Avroliqanın pley-off mərhələsinin “Linfild” - “Qarabağ” qarşılaşması barədə maraqlı fikirlər səsləndirib.
Sportinfo.az xəbər verir ki, 35 yaşlı mütəxəssis BBC-yə açıqlamasında tərəflərin şanslarını dəyərləndirib.
Higgins deyib ki, "Linfild" "Qarabağ"ı keçsə, bu, İrlandiya tarixinin ən böyük nəticəsi olacaq:
"Azərbaycan həqiqətən də tanınmış futbol ölkəsi deyil, amma son beş-altı ilə baxsanız... "Qarabağ " dörd dəfə Avropa Liqasının, bir dəfə də Çempionlar Liqasının qrup mərhələsində iştirak edib. Onlar Çempionlar Liqaqsında "Atletiko"dan hər iki oyunda xal alıblar. Ona görə "Linfild" mərhələni keçsə, bu, şimal və cənub daxil olmaqla bütün İrlandiya üçün fantastik uğur olacaq".

