"Qarabağ"ın APOEL-ə uduzması mənim üçün gözlənilməz oldu. Çünki Kiprdəki görüşdən sonra "Qarabağ"ın Bakıda qalib gələcəyini gözləyirdim. Ancaq futbolda hər şey olur".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın sabiq kiperi Miro Varvodiç deyib.
Xorvatiyalı qapıçı bu gün "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsinin "Linfild"lə görüşü haqda fikirlərini söyləyib. 2012-2014-cü illərdə Ağdam təmsilçisinin qapısını qorumuş təcrübəli qolkiper sabiq komandasının bu gün Şimali İrlandiyadan qələbə ilə dönə biləcəyini söyləyib:
"Qarabağ"ın avrokuboklarda çox yaxşı təcrübəsi var. Şimali İrlandiyadakı görüşün çətin keçəcəyini düşünmək olar. İndi bütün komandalar futbol oynamağı, nəticə qazanmağı bacarır. Britaniya komandalarına qarşı oynamaq hər zaman çətindir. İstənilən halda “Qarabağ”ın “Linfild”lə görüşlərdə uğurlu nəticələr qazanaraq Avropa Liqasının qrup mərhələsinə düşəcəyinə inanıram".

