"Qarabağ"a qarşı xüsusi planımız var" - "Linfild"in müdafiəçisi

21 Avqust 2019 15:50 Avropa Liqası 569
"Qarabağ"a qarşı xüsusi planımız var" - "Linfild"in müdafiəçisi

"Linfild"in müdafiəçisi Mark Stafford Avropa Liqasının pley-off mərhələsində sabah "Qarabağ"la keçirəcəkləri oyundan danışıb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı futbolçu öz oyunları ilə Avropaya səs salmaq fikrində olduqlarını bildirib:

"Bizi sabah çox yaxşı komandaya qarşı oyun gözləyir. "Qarabağ"a qarşı xüsusi planımız var. Meydanda əlimizdən gələni edəcəyik. İnamlı mübarizə aparamlı və yalnız öz oyunumuza köklənməliyik. Öz çıxışımızla Avropaya səs salmaq istəyirik. Görək, bu oyun bizi hara aparacaq".

Sabah "Vindzor Park”da keçiriləcək “Linfild” - “Qarabağ” matçı Bakı vaxtı ilə 22:45-də başlayacaq. Cavab oyunu isə avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti