"Qarabağ" Belfasta yollanır

20 Avqust 2019 19:00 Avropa Liqası 559
"Qarabağ" Belfasta yollanır

Avropa Liqasının pley-off mərhələsində "Linfild"lə ilə qarşılaşacaq "Qarabağ" qarşıdakı dəqiqələrdə Şimali İrlandiyaya uçacaq.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi 20:30-da birbaşa reyslə Belfasta yollanacaq. Təxminən 02:30-da “Qarabağ”ın Şimali İrlandiya paytaxında olacağı gözlənilir. Qurban Qurbanovun komandası Belfasta zədə və cəza səbəbindən matçı buraxacaq Bədavi Hüseynov, Filip Ozobiç, Rahil Məmmədov və Riçard Almeydanı aparmayacaq.

“Linfild” – “Qarabağ” matçı avqustun 22-i saat 22:45-də “Vindzor Park” stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti