"Linfild"lə şanslarımız bərabərdir" - Rahil Məmmədov

20 Avqust 2019 18:25 Avropa Liqası 622
"Linfild"lə şanslarımız bərabərdir" - Rahil Məmmədov

"Qarabağ"ın müdafiəçisi Rahil Məmmədov Sportinfo.az-a müsahibə verib:


- APOEL-ə qarşı Bakıdakı oyunda sarı vərəqə ilə cəzalandırıldığına görə "Linfild"ə qarşı Şimali İrlandiyadakı oyunda olmayacaqsan...

- Əlbəttə ki, buna görə üzüntü var. Çox istəyərdim ki, "Linfild"ə qarşı oynayım, komandama kömək edim.

- Artıq məlum oyunun üstündən bir neçə gün keçib və oyunun təkrarını da yəqin ki, izləmisən. Necə düşünürsən, nəyə görə Kipr çempionu ilə bacarmadınız?

- Bu sualınıza qısa cavab verərdim. Bu futboldur və futbolda hər şey ola bilər. Futbol elə buna görə gözəldir.

- Yaxşı bəs, həmin oyundakı uğursuzluğu unutmusunuz?

- Bəli. Demək olar ki, APOEL-lə oyunu yadımızdan çıxarmışıq. Hazırda qarşıdakı oyunu fikirləşirik.

- APOEL-lə Bakıdakı məğlubiyyətdən sonra Premyer Liqanın açılış turunda "Keşlə" ilə qarşılaşdınız. Bu oyunda qələbə qazanmağınız "Linfild"lə qarşılaşmaya daha yaxşı motivasiya ilə çıxmağınıza kömək olacaq?

- Çempionata qələbə ilə başlamaq hər zaman yaxşıdır. Meydanda mübarizə apardıq və qalib gəldik. Fikrimcə, "Keşlə" üzərindəki qələbə komandaya psixoloji olaraq da yaxşı təsir edəcək.

- "Linfild"ə qarşı ilk oyununuz səfərdə olacaq. Şimali İrlandiyadakı görüş haqda nə düşünürsən? Ümumiyyətlə, şansları necə dəyərləndirirsən?

- Birinci dəfə deyil ki, səfərdə oynayırıq. Şanslara gəlincə, pley-off mərhələsində zəif komanda olmur. Ona görə də, hesab edirəm ki, şanslar bərabərdir. Hansı komanda daha hazırlıqlı olacaq, o komanda da mərhələni keçəcək. İnşallah həmin komanda biz olarıq.

- Şimali İrlandiyadakı görüşdə hansı hesab “Qarabağ”a sərf edəcək?

- Əsas odur ki, Şimali İrlandiyada qol buraxmayaq.

- Bu mövsüm artıq Britaniya təmsilçilərindən “Dandolk”a qarşı oynamısınız. İrlandiyadakı matçda meydanın sünii örtüklü olması oyununuza təsir etmişdi. Amma "Linfild" təbii örtükdə, həm də geniş meydançada oynayır. Yəqin ki, bu sizin üçün daha yaxşı olacaq?

- İstənilən halda şansların bərabər olduğunu düşünürəm. Özü də "Linfild" öz stadionunda oynayacaq, hansı ki, onlar da orada oynamağa öyrəşib, onlar da təbii örtükdə oynayırlar. Azarkeşləri də olacaq. Bu mənada yəni rəqibin təbii örtükdə, geniş meydanda oynaması bizə hər hansı üstünlük qazandırmır.

Mir BAĞIR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti