"Bizi "Qarabağ"la klub tariximizin ən böyük oyunu gözləyir"

18 Avqust 2019 13:25 Avropa Liqası 650
"Bizi "Qarabağ"la klub tariximizin ən böyük oyunu gözləyir"

"Çempionat matçlarını da oynamalı olduğumuzu başa düşürük. Çox oyunumuzun təxirə salınmasını istəmirik".

Sportinfo.az "BBC"yə istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın Avropa liqasının pley-off mərhələsindəki rəqibi "Linfild"in baş məşqçisi Devid Hili Şimali İrlandiya çempionatının 3-cü turunun "Kolreyn"lə oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

2:4 hesablı məğlubiyyəti şərh edən mütəxəssis avqustun 22-də "Qarabağ"la oynayacaqları görüşə də toxunub: "Artıq bu matçı unutmalıyıq. Qarşıda "Qarabağ"la vacib qarşılaşma var. Gələn həftə bəlkə də klub tariximizin ən böyük oyununa çıxacağıq".

"Linfild" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq. Komandalar arasında cavab görüşü isə avqustun 29-da olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti