"Qarabağ"ın "pley-off"dakı rəqibi evdə 4 qol buraxdı

18 Avqust 2019 01:57 Avropa Liqası 665
"Qarabağ"ın "pley-off"dakı rəqibi evdə 4 qol buraxdı

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Linfild" Şimali İrlandiya çepmionatında ikinci turun oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, "mavilər" evdə "Kolrein"lə qarşılaşıb və 2:4 hesabı ilə uduzub.

"Linfild" üç turdan sonra üç xal toplayıb. Belfast təmsilçisinin ikinci turdakı oyunu təxirə salınmışdı.

"Linfild" avqustun 22-də "Qarabağ"ı qəbul edəcək. "Vindsor Park"da reallaşacaq baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə 22:45-də səslənəcək.

Cütün cavab oyunu avqustun 29-u, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti