Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Linfild" (Şimali İrlandiya) - "Qarabağ" oyununun hakim təyinatları açıqlanıb.
Sportinfo.az-ın məlumatına görə, matçı isveçrəli 31 yaşlı Sandro Şerer idarə edəcək. Ona Stefan de Almeyda və Bekim Zoqay kömək edəcək. Dördüncü hakim Fedayi San olacaq.
"Linfild" - "Qarabağ" görüşü avqustun 22-i Bakı vaxtı ilə 22:45-də başlayacaq.

