"Qarabağ" və "Neftçi"dən bu məğlubiyyətləri gözləmirdim"

17 Avqust 2019 16:35 Avropa Liqası 944
"Qarabağ" və "Neftçi"dən bu məğlubiyyətləri gözləmirdim"

"Düzünü deyim, hər iki komandamızın məğlub olması məni çox təəccübləndirdi. Mənimçün çox gözlənilməz oldu".

Bunu Sportinfo.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Hər iki klubumuzun avrokuboklardakı çıxışlarını dəyərləndirən qurum rəhbəri uğursuzluğun Premyer Liqada 8 klubun mübarizə aparması ilə bağlı olmadığını deyib:

"Deməzdim ki, klublarımız çempionatda komanda sayının az olmasına görə uğursuzluq yaşadılar. 3 il bundan qabaq da çempionatda 8 komanda var idi. Onda "Qarabağ" Çempionlar Liqasının qrupuna vəsiqə qazanmışdı.

Sadəcə, oynamadılar. Xüsusən legionerlər klublarına çox xeyir verməlidirlər. Eyni zamanda yerli futbolçularımız da üzərlərinə düşən məsuliyyəti dərk edib var gücü ilə oynamalıdırlar. Son oyunlarda bunun heç birini görmədik. Nə "Qarabağ"da, nə də "Neftçi"də. Bir sözlə, heç birindən bu məğlubiyyəti gözləmirdim".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti