Qazaxlar bizdən bir az da uzaqlaşdı

16 Avqust 2019 11:04 Avropa Liqası 632
Qazaxlar bizdən bir az da uzaqlaşdı

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, İsraildə "Bney Yehuda”ya 1:2 hesabı ilə uduzan "Neftçi" Azərbaycana xal qazandırmayıb.

26-cı yerdə qərarlaşan Azərbaycanın son 5 mövsümdəki xalları 17,500-dür. 25-ci yerin sahibi Qazaxıstan "Astana"nın qələbəsindən sonra xallarını 18,500-ə çatdırıb.

Bu mövsüm "Neftçi" 1,125 reytinq xalı qazanıb. Paytaxt təmsilçisi Avropa Liqasında mübarizəni başa vurub. "Qarabağ"ın qazancı isə 1 xaldı. .

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti