“Sutyeska” ilə oyundan sonra bəzi futbolçuların gözlərində yaş var idi. Bunu görmək mənim üçün xoşdur. Çünki onların matçdan öncə necə narahat olduqlarını görürdüm”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Linfild”in baş məşqçisi Devid Hili deyib. Ağdam klubu ilə oyunöncəsi komandadakı atmosferdən söz açan şimali irlandiyalı mütəxəssis rəqibdən çəkinmədiklərini bildirib:
“Futbolçular da demişəm, eyni ruhla davam etməli, “Sutyeska”ya qarşı sərgilədiyimiz oyunu oynamalıyıq. “Qarabağ”ın adından qorxmamalıyıq. Səbirsizliklə qarşıdakı matçları gözləiyirik. Yəqin ki, bir az şansa da ehtiyacımız olacaq. Amma futbolçularımız yenidən xüsusi nəsə etmək iqtidarındadırlar”.
Gənc çalışdırıcı “Qarabağ”la bağlı daha dolğun məlumat toplamaq üçün ÇL-in 2-ci təsnifat mərhələsində təmsilçimizə uduzan İrlandiya çempionu “Dandolk”un məşçqçiləri ilə əlaqə saxlayacağını istisna etməyib: “Artıq məşqçi heyətimiz rəqiblə bağlı müəyyən məlumatlar toplayıb. “Dandolk”dakı həmkarlarımızla da əlaqə saxlaya bilərik. Çünki pley-off oyununa yaxşı hazırlaşmaq istəyirik”.
Qeyd edək ki, “Qarabağ” “Linfild”lə ilk oyunu avqustun 22-də Belfastda keçirəcək.

