"Neftçi" üçün "Bney Yehuda" oyunu çətin olacaq".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin sabiq oyunçusu Aleksandr Çertoqanov deyib. Vaxtilə millimizdə də çıxış etmiş futbolçu üçün Israil səfərinin "ağ-qaralar" üçün çətin olacağını bildirib:
"Neftçi" Bakıdakı oyunda göstərdi ki, rəqibinə heç bir komponentdə uduzmur. "Bney Yehuda" səddini keçmək mümkündür, niyə də olmasın? Sadəcə qol vurmaq lazımdır. Bütün komanda sözü bir yerə qoyub, yaxşı oynamalıdır. "Neftçi"nin "Sperantsa" və "Arsenal"la görüşlərdən sonra arxayınlaşdığını düşünmürəm. Hələ heç qrupa düşməyiblər. İsrail klubları da zəif deyil, orada yaxşı komandalar var. Amma oyuna köklənib, yaxşı nəticə əldə etmək olar".
"Həm Rauf Əliyev, həm də Baqali Dabo yaxşı hücumçudurlar. Hansı meydanda olacaq, hansı ehtiyatda - fərqi yoxdur. Bəlkə də həm Dabonu, həm də Raufu ilk dəqiqələrdən meydanda gördük".

