İsraillilər "Neftçi"ni növbəti mərhələdə görmür

15 Avqust 2019 13:16 Avropa Liqası 806
İsraillilər "Neftçi"ni növbəti mərhələdə görmür

İsrail mətbuatında bu ölkə təmsilçilərinin avrokuboklardakı çıxışı ilə bağlı sorğu aparılır.

Sportinfo.az xəbər verir ki, yerli azarkeşlər "Bney Yehuda"nın Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə cavab görüşünə də proqnoz verib.

"Komandalarımız avrokubokda mübarizəni davam etdirə biləcəkmi" sualını qoyan həmkarlarımız "Bney Yehuda" ilə bağlı iki seçim imkanı verib.

Fanatlar "Xeyr, Avropadakı təcrübəsizlik ön plana çıxacaq, mübarizəni dayandıracaq" və "bəli, üstünlüyü qoruyub, mərhələ adlayacaq" cavabları arasında seçim edir.

Davam edən sorğunun hazırkı durumuna əsasən israillilərin "Bney Yehuda"ya güvəndiyini söyləmək olar. Respondentlərin 62%-i Təl-Əviv təmsilçisinin "Neftçi"ni keçəcəyinə inanır.

Petah Tikvadakı "Ha Moşava" stadionunda keçiriləcək "Bney Yehuda" - "Neftçi" matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq. Bakıdakı ilk qarşılaşmada qollu bərabərlik (2:2) qeydə alınıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti