Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, bununla da pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.
Turnirdəki təmsilçimiz "Neftçi" isə artıq turnirdəki çıxışını başa vurub. Evdə "Bney Yehuda" ilə 2:2 bərabərə qalan "ağ-qaralar" İsraildə qələbə qazanıb, növbəti raunda adlamaq niyyətində idi. Amma paytaxt təmsilçisi səfərdə məğlub olaraq Avropa Liqasındakı çıxışını dayandırıb.
Avropa Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunu
16 avqust
"Bney Yehuda" (İsrail) - "Neftçi" (Azərbaycan) 2:1
Qol: Dor Yan, 14, Tambi, 66 - Emin Mahmudov 90+4 (p)
Hakimlər: Daniele Doveri, Alessandro Kostantso, Alessio Tolfo, Fabritsio Paskua
İlk oyun - 2:2
“Bney Yehuda”: Emiliyus Zubas, Don Mori(k), Daniel Feltser, Amir Rustom, Şay Mazor, Dor Yan, Mohammad Qadir, Avişay Kohen, İsmaila Soro, Tambi Saqas, Alban Pnişi
“Neftçi”: Səlahət Ağayev, Mamadu Mbodj, Anton Krivotsyuk, Emin Mahmudov(k), Dario Frederiko, Rauf Əliyev, Kiril Petrov, Omar Buludov, Stiven Monroz, Mamadu Kane, Soni Mustivar

