“Neftçi” Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı “Bney Yehuda” ilə oyunöncəsi son məşqə çıxıb.
Sportinfo.az xəbər verir ki, “Ha Moşava” stadionunda baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Avqustun 15-i “Ha Moşava” stadionunda keçiriləcək “Bney Yehuda” – “Neftçi” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

