Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün daha 3 oyun keçirilib. İlk matçda evdə "Atromitos"la qolsuz bərabərə qalan "Legiya" səfərdə 2:0 hesablı qələbə qazanaraq, "pley-off"a yüksəlib. Portuqaliya təmsilçisi "Vitoriya" doğma meydanda Latviya "Ventspils"ini darmadağın edib - 6:0. Evdə "Ararat"a uduzan "Saburtalo" isə Avroliqada mübarizəni dayandırıb.
Qeyd edək ki, bu mərhələnin digər qarşılaşmaları sabah keçiriləcək.
Avropa Liqası, III təsnifatmərhələsinin cavab oyunları
14 avqust
20:00. "Saburtalo" (Gürcüstan) - "Ararat" (Ermənistan) - 0:2
İlk oyun - 2:1
20:00. "Vitoriya" (Gimaraynş, Portuqaliya) - "Ventspils" (Latviya) - 6:0
İlk oyun - 3:0
20:00. "Atromitos" (Yunanıstan) - "Legiya" (Polşa) - 0:2
İlk oyun - 0:0

