"Bney Yehuda" evdə "Neftçi"yə qarşı 5 müdafiəçi oynadacaq

14 Avqust 2019 16:48 Avropa Liqası 635
"Bney Yehuda" evdə "Neftçi"yə qarşı 5 müdafiəçi oynadacaq

Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"ni qəbul edəcək "Bney Yehuda"nın zədəli futbolçularının durumuna aydınlıq gəlib.

Sportinfo.az-ın İsrail mətbuatına istinadən məlumatına görə, Amit Zenati cavab görüşünü buraxmalı olacaq.

Ondan fərqli Paz Ben Ari və Eitan Velblumun vəziyyəti ürəkaçandı və onlar "18-liy"ə salına bilərlər.

İsrail mətbuatı baş məşqçi Yossi Abukasisin start heyətində heç bir dəyişiklik etməyəcəyini vurğulayıb. Komanda Bakıdakı "11-lik"lə meydana çıxacaq və yenə 5-li müdafiə sistemi ilə çıxış edəcək.

Sabah Petak Tikva şəhərindəki "Ha Moşava” stadionunda keçiriləcək "Bney Yehuda" - "Neftçi" oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq. Bakıdakı ilk matçda qollu bərabərlik (2:2) qeydə alınıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti