"Neftçi" üçün "Bney Yehuda" səfəri çətin olacaq"

14 Avqust 2019 13:40 Avropa Liqası 910
"Neftçi" üçün "Bney Yehuda" səfəri çətin olacaq"

"Bakıdakı bərabərlikdən sonra Neftçi" üçün "Bney Yehuda" səfəri çətin olacaq. Amma keçmiş komandamın növbəti mərhələyə çıxmaq şansı hələ də var".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin sabiq üzvü Julius Vobay deyib. 2012-2015-ci illərdə "Neftçi" forması geyinmiş Syerra-leoneli futbolçu “ağ-qaralar”ın Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki şanslarını dəyərləndirib. Vobayın fikrincə, “Neftçi” pley-off şanslarını hələ də saxlayır:

“Hər zaman İsrail klublarına qarşı oynamaq çətindir. Vaxtilə İsrail klubuna qarşı oynamışdıq. “Neftçi”nin İsraildə uğurlu nəticə qazanması üçün orada balanslı şəkildə oynamalıdır. Əgər oyun istədikləri kimi alınarsa, nəticə də istədikləri kimi ola bilər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti