Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan "Linfild"in baş məşqçisi Devid Hili yerli mətbuata açıqlama verib.
Sportinfo.az xəbər verir ki, Hili “Qarabağ”la oyunu səbirsizliklə gözlədiklərini bildirib: "Sutyeska" ilə görüş haqda yaxşı sözlər deyə bilərəm. Futbolçularımız bütün tapşırıqları lazımınca yerinə yetirdilər. Biz böyük həyəcanla "Qarabağ"la oyunu gözləyirik".

