Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində evdə Kipr APOEL-inə uduzaraq, iki oyunun (2:1, 0:2) nəticəsinə əsasən mübarizəni dayandıran "Qarabağ"ın Avropa Liqasının "pley-off" mərhələsindəki rəqibi bəlli olub.
Sportinfo.az xəbər verir ki, Ağdam klubu qrup mərhələsinə düşmək üçün "Linfild"lə mübarizə aparacaq. Avroliqanın 3-cü təsnifat mərhələsində Monteneqro "Sutyeska"sını mübarizədən kənarlaşdıran Şimali İrlandiya təmsilçisi "pley-off"da Ağdam təmsilçisinə rəqib olub.
Komandalar arasında oyunlar avqustun 22-də və 29-da keçiriləcək. "Qarabağ"ın ilk matçı səfərdə olacaq.

