“Arsenal”ın müdafiəçisi Viktor Alvares Rusiya Premyer Liqasının 5-ci turu çərçivəsində “Ufa”ya qarşı keçirilən görüşdən sonra Avropa Liqasının ikinci təsnifat mərhələsində qarşılaşdıqları “Neftçi” ilə oyunları yada salıb.
Sportinfo.az saytının sportbox.ru-ya istinadən verdiyi məlumata görə, ispan müdafiəçi “Neftçi” ilə görüşləri unutduqlarını bildirib: “Futbolun mənası elə hər həftə yeni oyunun, yeni çağırışların olmasındadır. Biz artıq Avropa Liqasındakı “Neftçi” ilə oyunu unutmuşuq. “Neftçi” ilə oyunlardan sonra özümüzü yaxşı hiss edirik. Düzü, həmin vaxtlarda yorğun idik. Yavaş-yavaş əvvəlki formamıza qayıdırıq. Sevindirici hal budur ki, qol buraxmadan qalib gəlirik”.
Tula klubu Avropa Liqasının II təsnifat mərhələsinin hər iki oyununda "Neftçi"yə uduzub - (0:1 və 0:3).

