Ceyhun Sultanov xəbər verdi, ipucu vermədi

13 Avqust 2019 14:36 Avropa Liqası 1 106
Ceyhun Sultanov xəbər verdi, ipucu vermədi

Avropa klubları "Neftçi"nin 2 futbolçusu ilə yaxından maraqlanır.

Bu barədə Sportinfo.az-a paytaxt təmsilçisinin idman diektoru Ceyhun Sultanov məlumat verib. Onun sözlərinə görə, Avropa Liqasında 2 mərhələ adlayandan sonra komandanın üzvləri diqqət mərkəzinə düşüb:

"Bir neçə klubdan hələlik şifahi şəkildə əlaqə saxlayıblar. Tula «Arsenal»ı ilə oyunlardan sonra maraq bir qədər də güclənib. Maraq dairəsində olan futbolçularımızdan biri yerli, biri də legionerdi. Bu gün həmin futbolçuların və onları istəyən klubların adlarını açıqlaya bilmərəm. İpucu verim? Bağışlayın, heç döşəkucu da verə bilmərəm (gülür). Qoy qalsın, danışıqlar rəsmi xarakter alandan sonraya".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti