"Bney Yehuda"da problem var

13 Avqust 2019 12:32 Avropa Liqası 833
"Bney Yehuda"da problem var

"Bney Yehuda" "Neftçi" ilə Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü ərəfəsində problemlə üzləşib.

Sportinfo.az-ın İsrail klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, heyətdəki futbolçulardan üçü zədəlidir.

Bunlar müdafiəçi İtsik Azuz, eləcə də yarımmüdafiəçi Amit Zenati və Eytan Velblümdur. Onların durumlarının ciddi olduğu və meydana çıxıb-çıxmayacaqlarına oyun ərəfəsində qərar veriləcəyi bildirilir.

Aqustun 15-də Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək "Bney Yehuda" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib - 2:2.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti