“Neftçi” Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Bney Yehuda”ya qarşı keçirdiyi ilk oyundan (2:2) sonra bərpa məşqi edib.
Sportinfo.az xəbər verir ki, Roberto Bordinin çalışdırdığı komanda öz təlim-məşq bazasında hazırlıq keçib.
Bu gün stirahət edəcək “ağ-qaralar” avqustun 11-də cavab matçının hazırlığına start verəcək.
Avqustun 15-də Petak Tikva şəhərindəki “Ha Moşava” stadionunda keçiriləcək “Bney Yehuda” – “Neftçi” görüşünə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

