"Neftçi" ilə oyunda sübut etdik ki..." - "Bney Yehuda"nın forvardı

9 Avqust 2019 14:20 Avropa Liqası 702
"Neftçi" ilə oyunda sübut etdik ki..." - "Bney Yehuda"nın forvardı

"Oyuna yaxşı başladıq və ilk hissədə 2 qol vurduq. Baş məşqçi bizi matça yaxşı hazırlamışdı".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Bney Yehuda"nın hücumçusu Dor Yan klubun rəsmi saytına açıqlamasında deyib. Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi" ilə Bakıda keçirdikləri oyun (2:2) haqda fikirlərini bildirən israilli futbolçu nikbin danışıb:

"Neftçi" çox güclü komandadı. Amma biz dəfələrlə bu cür rəqiblərə qarşı oynaya bildiyimizi sübut etmişik. Cavab matçının evdə olacağını və hazırkı heyətlə oynayacağımızı nəzərə alsaq, dünənki oyun bizə nikbin düşünməyə əsas verir".

Yan komandanın yeni transferi Məhəmməd Qədir haqda da fikirlərini açıqlayıb: "Qədir əla oyunçudur. O bizə, biz isə ona kömək edə bilərik. Belə bir futbolçu bizimlə olduğu üçün şadıq. "Neftçi" ilə oyunda da göstərdi ki, bu komandanın bir parçası olmağa layiqdi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti