"İsrailə qələbə dalınca gedəcəyik, başqa variantımız yoxdu"

9 Avqust 2019 13:10 Avropa Liqası 634
"İsrailə qələbə dalınca gedəcəyik, başqa variantımız yoxdu"

"Birinci hissədə oyunumuz heç cür alınmadı. Onların təhlükəli komanda olduğunu bilirdik. Ancaq biz rəqibə daha rahat əks-hücumlar qurmağa imkan verdik".-

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin mərkəz müdafiəçisi Voislav Stankoviç deyib.

Komandasının Avroliqanın ilk turu çərçivəsində "Bney Yehuda" (2:2) ilə oyunu haqda danışan serb futbolçu mərhələnin taleyinin cavab görüşündə bilinəcəyini vurğulayıb: "Mərkəzdə çox tez-tez top itirirdik. Nəticədə də 10 dəqiqəyə iki qol buraxdıq.

Yaxşı ki, ilk hissədə özümüzü toparlayıb buraxılan qollardan birinin əvəzini çıxdıq. Özünüz də gördüz ki, ikinci hissə tamamilə bizim üstünlüyümüz şəraitində keçdi. Fasilədən sonra cinahlara üstünlük verdik və oyunumuz alındı. Yalnız ikinci qolu çox gec vurduq. Buna qədər bir neçə dəfə fərqlənə bilərdik. Elə birinci hissənin sonunda Raufun, sonra Monrozoun yaxşı imkanı oldu. Amma futboldu, alınmayanda alınmır.

Artıq irəli baxmalı, qarşıdakı oyunu düşünməliyik. İsrailə qələbə dalınca gedəcəyik, başqa variantımız yoxdu. 100 faiz əminəm ki, cavab oyunu aqressiv keçəcək, onlar təslim olmaq istəməyəcəklər, biz də uduzmaq. Hazırda evdə 2 qol buraxdığımıza görə şansımız az görünür. Ancaq futboldu, hələ heç nə bitməyib. Oyunumuzu, səhvlərimizi analiz edib nəticə çıxaracağıq.

Elvin

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti