UEFA "Qəbələ" ilə oyundakı irqçiliyi cəzasız qoymadı

9 Avqust 2019 12:35 Avropa Liqası 584
UEFA "Qəbələ" ilə oyundakı irqçiliyi cəzasız qoymadı

UEFA Tbilisi "Dinamo"sunu cəzalandırıb.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna gürcü klubunun azarkeşlərinin Avropa Liqasının 2-ci təsnifat mərhələsinin "Qəbələ" ilə ev oyununda təmsilçimizin heyətində meydana çıxan qaradərili futbolçulara qarşı irqçi şüarlar səsləndirməsi səbəb olub. Baş verənlərə hüquqi qiymət verən UEFA-nın Nizam-İntizam Komitəsi "Dinamo"nu 50 min avro məbləğində cərimələyib.

"Qəbələ" hər iki oyunda (0:2, 0:3) "Dinamo"ya uduzaraq, Avroliqada mübarizəni dayandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti