Avropa Liqasının 3-cü təsnifat mərhələsinin "Neftçi" ilə oyununda zədələnən "Bney Yehuda" klubunun müdafiəçisi Paz Ben Arinin durumuna aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, israilli futbolçunun qolu qırılıb. Matçdan sonra Bakıdakı xəstəxanalardan birinə aparılan oyunçunun qolu gipsə salınıb. Onun "ağ-qaralar"la İsraildəki cavab görüşünü buraxacağı gözlənilir.
Qeyd edək ki, "Neftçi" - "Bney Yehuda" oyunu 2:2 hesabı ilə başa çatıb. Komandalar arasında ikinci oyun avqustun 15-də İsraildə olacaq.

