"Neftçi" reytinq xalımızı artırdı

9 Avqust 2019 10:23 Avropa Liqası 555
"Neftçi" reytinq xalımızı artırdı

Dünən Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, başa çatan görüşlərdən sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb. "Neftçi"nin evdə İsrail təmsilçisi "Bney Yehuda" ilə əzmkar heç-heçəsi Azərbaycana növbəti reytinq xalını (0,125 xal) qazandırıb.

Son 5 mövsümdəki xallarını 17,500-ə çatdıran ölkəmiz 26-cı sıradakı mövqeyini qoruyub. Hazırda Azərbaycanı 25-ci pillədəki Qazaxıstandan 0,750 xal geri qalır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti