"Hakimi dəyişsəydilər, bəlkə də oyunu udardıq" - Petrov

8 Avqust 2019 23:58 Avropa Liqası 760
"Hakimi dəyişsəydilər, bəlkə də oyunu udardıq" - Petrov

"Neftçi"nin müdafiəçisi Kiril Petrov Avropa Liqasının 3-cü təsnifat mərhələsinin "Bney Yehuda" ilə ilk oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportinfo.az xəbər verir ki, ukraynalı futbolçu əvvəlcə 2:2 hesablı heç-heçəni şərh edib.

Yəqin ki, oyundan əvvəl bu cür hesab olacağını düşünmürdünüz...

- Bu, futboldur. Futbolda hər şey ola bilər. Əvvəlcədən hesabı təxmin etmək düzgün deyil. Yaxşı ki, ikinci qolu vura bildik. Bilirdik ki, rəqib əks-hücumlarda yaxşı oynayır. Bununla belə, səhvlər buraxdıq. Artıq onlara qarşı necə oynamaq lazım olduğunu bilirik.

Bəlkə "Arsenal"la oyundan sonra komanda eyforiyaya qapılmışdı...

- Heç bir eyforiya yox idi. Bu matça da "Arsenal" və "Sperantsa" ilə oyunlara olduğu kimi hazırlaşmışdıq. Onların oyunlarını izləmişdik, necə oynayacaqlarını bilirdik.

Necə düşünürsən, 5 dəqiqə də əlavə vaxt olsaydı, qalib gələ bilərdiniz?

- Əgər hakim əlavə 5 dəqiqə oynatsaydı və onu başqa referi ilə əvəzləsəydilər, bəlkə də qalib gələ bilərdik.

Səncə, hakim niyə sizə qarşı bu qədər aqressiv idi?

- Deməzdim ki, bizə qarşı hər hansı aqressiya olub. Sadəcə, hakim lazımı səviyyədə oyunu idarə edə bilmədi. Özü FİFA referisi olsa da, o səviyyədə deyil. Biz azərbaycanlı hakimlərdən şikayətləniriksə, bunun haqqında nə deyək?

Necə düşünürsən, bu nəticədən sonra mərhələni keçmək mümkün olacaqmı?

- Qeyri-idman hərəkətlərinə görə onları cəzalandırmalıyıq. İsraildə onlara götərməliyik ki, futbol nədi. Futbol meydanda qulağını tutub uzanmaqdan ibarət deyil.

Yəqin razılaşarsan ki, rəqibin özünü bu cür aparması sizi daha da motivasiya etdi...

- Düşünürəm ki, hakim imkan verdi ki, rəqib bu cür oynasın. Əlbəttə, bu amil bizi motivasiya etdi. İkinci hissədə göstərdiyimiz oyunu İsraildə də oynayacağıq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti