"Bney Yehuda"nın yarımmüdafiəçisi Paz Ben Ari "Neftçi" ilə Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan (2:2) dərhal sonra xəstəxanaya aparılıb.
Buna səbəb israilli futbolçunun matçın sonlarında zədələnməsi olub. Oyunçunun qolunda sınıq ola biləcəyindən şübhələnən klubun həkimləri yaxınlıqdakı xəstəxanaya müraciət ediblər.
Futbolçunun durumu ilə bağlı hələləlik əlavə məlumat verilmir. (Sportinfo.az)

