Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Neftçi” də növbəti matçına çıxıb.
Roberto Bordinin çalışdırdığı “ağ-qaralar” doğma meydanda İsrailin “Bney Yehuda” klubu ilə üz-üzə gəlib.
Paytaxt təmsilçisi səfər oyununa daha arxayın yollanmaq üçün Bakıdakı qarşılaşmada sərfəli nəticə qazanmağa borclu idi.
Qarşılaşma "Neftçi" üçün o qədər də uğurlu başlamayıb. Amma buraxılan qollardan sonra əzmkar heç-heçəyə nail olan təmsilçimiz növbəti mərhələ şansını saxlayır.

