Bu gün “Neftçi” Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununa çıxıb.
Sportinfo.az saytının məlumatına görə, bundan əvvəl “Speransa” və “Arsenal” (Tula) komandalarını mübarizədən kənarlaşdıran Roberto Bordinin komandasının rəqibi “Bney Yehuda” olub. Görüş 2:2 hesabı ilə başa çatıb.
Avropa Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyun
8 avqust
21:00 “Neftçi” (Azərbaycan) - “Bney Yehuda” (İsrail) - 2:2
Qollar: Saqas, 26 (0:1), Qadir (0:2), 36, S. Monroz, 43 (1:2), N. Ələsgərov, 90+7
Bakı, “Bakcell Arena”
Baş hakim: Kərim Abid
Yan xətt hakimləri: Hiçam Zəkrani və Mikael Berçebru
Dördüncü hakim: Floran Batta (hakimlər briqadası Fransadandır)
UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya)
Hakim-inspektor: Kyell Alset (Norveç)
"Neftçi": Səlahət Ağayev, Anton Krivotsyuk, Voislav Stankoviç, Kiril Petrov, Ömər Buludov, Soni Mustivar, Emin Mahmudov, Vangelis Platellas, Dario Federiko, Stiven Monroz, Rauf Əliyev
Ehtiyat oyunçular: Aqil Məmmədov, Mamadu Mbodj, Namiq Ələsgərov, Baqali Dabo, Rəhman Hacıyev, Tural Axundov, Mamadu Kane
"Bney Yehuda": Zubas, Mori, Feltser, Rustom, Çohen, Pnişi, Mazor, Soro, Saqas, Yan, Kadir
Ehtiyat oyunçular: Şabi, Ben Ari, Koçav, Lazmi, Şimoni, Ben Şimon, Şemor Tsadon

