Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Neftçi” də növbəti matçına çıxacaq.
Roberto Bordinin çalışdırdığı “ağ-qaralar” doğma meydanda “Bney Yehuda” ilə üz-üzə gələcək.
Paytaxt təmsilçisi İsraildəki səfər oyununa daha arxayın yollanmaq üçün Bakıdakı qarşılaşmada sərfəli nəticə qazanmağa borcludu.
Klubun mətbuat xidməti bu oyunlarla bağlı xüsusi video hazırlayıb:

