"NEFTÇİ"dən - Bu yerə gəlib çıxmışıqsa… FOTOREPORTAJ

8 Avqust 2019 09:12 Avropa Liqası 653
"NEFTÇİ"dən - Bu yerə gəlib çıxmışıqsa… FOTOREPORTAJ

“Neftçi” Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı “Bney Yehuda” ilə oyunöncəsi son məşqə çıxıb.

Sportinfo.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Bu gün “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Bney Yehuda” oyunu saat 21:00-da başlanacaq.

Komandanın baş məşqçisi Roberto Bordin oyun haqda fikirlərini bildirib: "Bizi güclü rəqibə qarşı çətin oyun gözləyir.

Çünki çox yaxşı müdafiə olunurlar. Tel-Əviv "Makkabi”si ilə İstail Superkuboku uğrunda son matçda 9-10 nəfərlə müdafiə olunduğunu gördük.

Oyunboyu topa daha çox nəzarət etməyə çalışırlar. Fərdi oyun keyfiyyətlərinə mailk futbolçuları var, əks-hücumlardan yaxşı istifadə edirlər.

İlk dəqiqlərdən oyuna düzgün yanaşsaq, sərfəli nəticə qazanacağıq. Oyundan-oyuna özümüzün özümüzdən gözləntilərimiz çox olur.

Bu yerə gəlib çıxmışıqsa, fədakarlıq, özünəinam böyük olur. Amma bu uğurlu çıxışla kifayətlənmirik.

Çalışacağıq yaxşı oyun göstərək, yaxşı nəticə qazanaq. Hansı taktika ilə oynayacağımız komanda daxilində qalır.

Rəqib bütün heyətlə müdafiəyə çəkilir və hər səhvdən istifadə edərək əks hücum yaratmaq istəyir. 3 futbolusu gəlməsə də, kifayət qədər yaxşı oyunçuları var.

Onları meydanda əvəzləyəcək futbolçular tapılacaq. Hər rəqibin özünəməxsus səviyyəsi var. Hər biri fərqli komandadı.

Çalışacağıq son 4 matçdakı yaxşı oyunun davamını gətirək. Komandamız eyforiyaya qapılmayıb. Son görüşün ertəsindən bütün futbolçularımız bilir ki, bizi qarşıda necə ciddi oyun gözləyir.

Zədəlilərə gəlincə, Eminlə Ömər artıq komanda ilə məşq edirlər. Dabo iki gündü komanda ilə məşq etsə də, fikrimcə, hələ yüz faiz hazır deyil.

Sevinirəm ki, artıq komandanın yanındadı. Çox güman ki, ehtiyatda olacaq. Raufa gəlincə, meydanda çox vuruşur, əzmkarlıq göstərir.

Son oyunda çox vacib anda vacib qol vurdu ki, bu da komandaya daha da motivasiya verdi.

Əlbəttə, hər bir məşqçi üçün xoş olar ki, bütün heyət əlinin altında olsun, hər birindən lazımı yerdə istifadə etsin. Növbəti oyunlarda məşqlərə baxaraq ən yaxşı "11-liy”i quracağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti