"Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Bney Yehuda” ilə ilk oyunundan əvvəl mətbuat konfransı keçirilib.
Sportinfo.az saytının məlumatına görə, əvvəlcə sabahkı qarşılaşma ilə bağlı fikirlərini açıqlayan italiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyunla bağlı nə düşünürsüz?
- Sabah bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. “Bney Yehuda” yaxşı müdafiə olunur. İsrail superkubokunda “Makkabi”(Tel-Əviv) ilə oyunda 9-10 nəfərlə müdafiə olunurlar. Oyunboyu topa daha çox nəzarət etməyə çalışırlar. Fərdi ustalığı olan oyunçuları çoxdu. Onlar əks-hücumlardan yaxşı istifadə edirlər. İlk dəqiqələrdən oyuna düzgün yanaşmaq lazımdı. Əgər bu baş versə, sərfəli nəticə qazanacağıq.
- Mərhələ keçdikcə gözləntilər daha çox olur. Bu amil komandadakı gərginliyi, təzyiqi artırmır?
- Əlbəttə ki, oyundan–oyuna özümüzün gözləntiləri də çoxalır. Bu yerə gəlib çatmışıqsa, demək ki, fədakarlıq, inam olub. Bununla kifayətlənmirik, daha çox şey etməyə çalışırıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı futbol oynayaq.
- “Arsenal”a qarşı göstərdiyiniz oyunu “Bney Yehuda”ya qarşı da göstərəcəksiz?
- Sabahkı oyunda hansı taktika ilə oynayacağımızı konfransda açıqlamağım düzgün olmaz. “Bney Yehuda”nın isə bizə qarşı hansı taktika ilə oynayacağını bilmirəm. Bunu sabahkı oyunda biləcəyik.
- Rəqibin üç oyunçusunun Bakıya gəlməməsini “Neftçi” üçün üstünlük hesab etmək olar?
- Üç oyunçuları gəlməsə də, kifiayət qədər yaxşı oyunçuları var. Yəqin ki, onları əvəzləyəcək oyunçular tapılacaq. Deməzdim ki, bu bizə hər hansı üstünlük verir.
- “Bney Yehuda”nı “Speranta” və “Arsenal”a müqayisə etsəz, hansı fərqlər ortaya çıxar?
- Bu müqayisəni aparmağı düzgün bilmirəm. Bunlar üç fərqli komandalardı. Avropa Liqasındakı ilk dörd oyunun davamını gətirmək istəyirik.
- Rəqibin baş məşqçisi “Arsenal”la oyununuzu izləyib və Dario Frederiko, Steven Monrozu xüsusi vurğulayıb. “Bney Yehuda” “Neftçi” üçün hansı mövqelərdə problem yarada bilər?
- Rəqibi analiz etmişik. “Bney Yehuda” əks-hücumlarda yaxşı oynayır. Fərdi ustalığı olan oyunçuları var. Son oyunlarına baxdıqda bunu görə bilərik.
- Futbolçularda son bir həftədə hansı hala meyillilik var: eyforiya yoxsa istək?
- Qələbəni “Arsenal”la oyun günü qeyd etdik. Eyforiya həmin gündə qaldı. Hamı bilir ki, bizi ciddi oyun gözləyir. Deməzdim ki, eyforiya var.
- İlk oyunu evdə oynamağınız sizin üçün mənfi haldı, yoxsa müsbət?
- Hər bir oyuna fərqli şəkildə yanaşırıq. İstər səfərdə, istərsə də evdə. Sabah evdə oynayacağıq, ciddi hazırlaşmışıq. Oyunçular da bilir ki, bizi necə çətin oyun gözləyir. Deməzdim ki, bizə mənfi hal yaşadar.
- Əmir Ağayev İsrail mətbuatına deyib ki, “Bney Yehuda”nın “Neftçi” qarşısında şansı sıfıra bərabərdi. Amma siz çox ehtiyatlı danışırsınız. Nəyə görə?
- Əmir Ağayevin bu cür açıqlama verməsi mənim üçün qəribə gəlir. Sabah hakim fitindən sonra hər şey dəyişə bilər. Ona görə də Əmir Ağayevin fikri ilə razılaşmıram. Əgər biz düşünsək ki, rəqibin bizi keçmək şansı sıfıra bərabərdi, bu yanlış olar.
- Ömər Buludov, Emin Mahmudov və Baqali Dabonun vəziyyəti nə yerdədi?
- Eminin zədəsi “Arsenal”la ilk oyundan sonra özünü göstərmişdi. İndi həm Emin, həm də Ömər yaxşıdı. Bizimlə məşq etdilər. Dabo da son iki gündü kollektivlə məşq edir. Amma onun 100 faiz hazır olduğunu düşünmürəm. İstənilən halda çox sevinirəm ki, komanda ilə məşq edir.
- Baqali Dabo zədədən qayıtdıqdan sonra necə olacaq, hücumda kim oynayacaq, Rauf Əliyev, yoxsa Dabonun özü?
- Rauf Əliyev çox vuruşur, əzmkarlıq göstərir. Hətta “Arsenal”la oyunda çox vacib anda qol vurdu. Hansı ki, komandaya motivasiya verdi. Baş məşqçi üçün ən xoş amil odu ki, bütün heyət əlinin altında olsun. Dabo komandaya qoşulub. Növbəti oyunlarda bütün oyunçuların məşqlərinə baxıb, həmin onbirliyi heyət quracaq.

