SOCAR-ın komandası İrəvanda erməniləri dizə gətirdi - VİDEO

7 Avqust 2019 18:00 Avropa Liqası 776
SOCAR-ın komandası İrəvanda erməniləri dizə gətirdi - VİDEO

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində İrəvanda "Ararat" və "Saburtalo" arasında görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, Gürcüstan təmsilçisi oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.

Maraqlı olan budu ki, gürcülərin formasının üzərində sponsor olan SOCAR-ın emblem və loqosu var.

Bu səbəbdən ermənilər bu görüşü birbaşa televiziya vasitəsilə yayımlamaqdan imtina ediblər. Matç "Youtube" vasitəsilə tamaşaçılara təqdim edilub.

Azərbaycan Dövlət Neft Şirkəti ("SOCAR") "Saburtalo"nun rəsmi sponsorudu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti