“Neftçi” avrokuboklaöz tarixinin rekorduna imza atıb.
Sportinfo.az xəbər verir ki, Bakı klubu indiyədək heç vaxt bir mövsümdə 4 qələbə qazanmayıb.
Paytaxt təmsilçisi “Arsenal“la görüşdə ardıcıl qələbə sayını 4-ə çatdırmaqla klub tarixinin rekordunu vurub.
“Neftçi“ indiyədək Azərbaycanda yalnız iki klubun bacardığını təkrarlamaqla ölkənin rekorduna şərik çıxıb.
Bunadək “Qarabağ” 2011-13, “İnter” 2013-14-cü illərdə ardıcıl 4 dəfə qalib gəlib. Avqustun 8-də “Bney Yehuda” (İsrail) üzərində qələbə qazanılsa, mütləq Azərbaycan rekordu rəsmiləşəcək.

