"Neftçi" güclüdü, onlara qarşı oynamaq bizim üçün çətin olacaq"

5 Avqust 2019 19:48 Avropa Liqası 790
"Neftçi" güclüdü, onlara qarşı oynamaq bizim üçün çətin olacaq"

"Bney Yehuda"nın (İsrail) baş məşqçisi Yossi Abukasis Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi" ilə oyunlar öncəsi fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, Bakı təmsilçisi haqda müsbət fikirlər səsləndirib:

"Neftçi"nin Tula "Arsenal"ına qarşı oyununda idim. Onlar yüksək keyfiyyətli legionerlərə sahib güclü komanadadır.

Onlara qarşı oynamaq bizim üçün çətin olacaq. Yaxşı nəticə əldə etmək etmək üçün nəyə qadir olduğumuzu göstərməliyik".

Bu komandalar arasında ilk görüş avqustun 8-də “Bakcell Arena”da, cavab matçı isə ayın 15-də Tel-Əvivdə keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti