"Neftçi"yə məğlubiyyətdən sonra toparlanmaq asan olmadı"

5 Avqust 2019 10:12 Avropa Liqası 735
"Neftçi"yə məğlubiyyətdən sonra toparlanmaq asan olmadı"

"Tambov" üzərində qələbə çox vacib idi.

Bu, vəziyyətdən çıxmaq baxımından önəmli oldu".

Sportinfo.az xəbər verir ki, bunu Tula "Arsenal"ının baş məşqçisi İqor Çerevçenko deyib.

Avropa Liqasında "Neftçi"yə hər iki oyunda məğlub olaraq (0:1, 0:3) mübarizəni dayandıran tulalılar Rusiya Premyer Liqasının IV turu çərçivəsində dünən "Tambov" üzərində səfər qələbəsinə (1:0) sevinib.

Oyunla bağlı yerli mətbuata danışan Çerevçenko qalibiyyətin önəmini vurğulayıb: "Neftçi"yə məğlubiyyətdən sonra toparlanmaq asan olmadı.

"Tambov"la görüşdə də bunu hiss etdik. Futbolçularla söhbətimiz oldu, hər şey qaydasına düşüb.

Döyüşmədən qalib gəlmək mümkün deyil. Bu özəllik olmadan meydana çıxmağın mənası yoxdu.

"Tambov" da döyüşkən komandadı. Sanki uzun müddətdi Premyer Liqada çıxış edirlər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti