Sportinfo.az xəbər verir ki, "Neftçi”nin seneqallı müdafiəçisi Mamudu Mbodj “Arsenal”la matçda 3-cü qolu vurduqdan sonra qol sevinci yaşayərkən formasını çıxarıb.
Bu zaman diqqət onun maykasının üzərindəki şəkilə yönəlib və bu zaman sual yaranıb – S.Babacar SY kimdi?
Serinye Babakar Si 1885-ci ildə Seneqalda doğulub. O, Seneqal İslam fəlsəfəsini yaymağa çalışıb. 1922-ci ildə Seneqalda Ticaniya qardaşlığının ilk xəlifəsi seçilib.
Serinye Babakar Si Seneqalda dəxirəs (Daxiratul Kiram) yaradan ilk şəxs olub. O, 1957-ci ildə dünyasını dəyişib.

