Sportinfo.az xəbər verir ki, Rusiya Futbol İttifaqının sabiq prezidenti Vyaçeslav Koloskov Avropa Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”nin Tula “Arsenal”ına hər iki oyunda qalib gəlməsini (1:0) şərh edib.
“Sport-express” qəzetinə müsahibəsində o bildirib ki, “Neftçi” çox yaxşı komandadı.
“Mən hələ ilk matçda başa düşdüm ki, rəqib güclüdür. Bakıda isə meydan sahibləri bir çox göstəricidə tulalıları üstələdi. İlk növbədə isə fərdi ustalıqda” – deyə o qeyd edib.
Koloskov deyib ki, “Arsenal” fiziki baxımdan “Neftçi”dən geri qalmayıb: “Onlar da meydan sahibi kimi sərt oynırdılar.
Zərbəyə zərbəylə cavab verirdilər. Amma bununla da müqayisə başa çatır.
Qalan hər şey “Neftçi”nin xeyrinə idi. Sürət, texnika, fərdi keyfiyyətlər, oyun qavrama “Neftçi”də yüksək idi”.

