"Neftçi" ilə oyunlarda nə baş verdiyini hələ də anlaya bilmirik"

4 Avqust 2019 00:20 Avropa Liqası 790
"Neftçi" ilə oyunlarda nə baş verdiyini hələ də anlaya bilmirik"

“İlk yarıda çox yaxşı oynayırdıq, "Neftçi" üçün təhlükəli anlar yaradırdıq.

Bizim Avropa Liqasında oyun təcrübəmizin az olmasını bəhanə gətirmək olmaz.

Bu adi oyundu və başqalarından fərqləndirmirəm. Avropa kuboklarında çıxış etmək bütün Tula futbolçuları üçün mühüm hadisə idi”.

Sportinfo.az xəbər verir ki, bunu “Arsenal”ın qapıçısı Mixail Levaşov deyib.

“Arsenal” “Neftçi” ilə hər iki qarşılaşmada məğlub olmaqla (0:1, 0:3), Avropa Liqasından kənarda qalıb.

Levaşovun fikrincə, "Neftçi" ilə oyunlarda nə baş verdiyini hələ də anlaya bilmirlər: "Qarşıda bizi çempionatın mühüm oyunları gözləyir, ona görə bu məğlubiyyəti unutmağa çalışacağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti